İyulun 4-də Ermənistanın silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərvinaz Quliyevanın ağır yaralanması ilə əlaqədar iyulun 7-də BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası keçirilib.
Mynews.az xəbər verir ki, Diasporla Iş Üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Azərbaycanın BMT yanında Daimi Nümayəndiliyi tərəfindən təşkil edilən aksiyada Nyu York şəhərində fəaliyyət göstərən "Azerbaijan New York Association", "Azerbaijani American Women Association of New York" və digər təşkilatların fəalları iştirak ediblər.
Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən, habelə azyaşlı Z.Quliyevanın cəsədinin mediada yayılmış fotoşəkillərdən ibarət transparantları ətrafda yığılan əcnəbi diplomatlara nümayiş etdirilib, "Mən Zəhrayam!", "Zəhraya ədalət!", "Erməni terrorunu qınayın", "Ermənistan uşaq qatilidir!", "Ermənistan soyqırımı günahkarıdır!" şüarlarını səsləndiriblər. Aksiyada hadisə ilə bağlı əcnəbilərə bukletlər paylanılıb, ətraflı məlumat verilib, çıxışlar edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub