“Azərpoçt” MMC mobil rabitə operatorlarının SIM-kartlarının satışı ilə məşğul olacaq.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə “Şəbəkə” mərkəzinin əlaqələndiricisi Ceyhun Əliyev deyib.
Onun sözlərinə görə, mobil nömrələr “Şəbəkə” mərkəzlərində satılacaq və hazırda satışın təşkili məqsədilə mobil operatorlarla danışıqlar aparılır.
Qeyd edək ki, yeni “Şəbəkə” mərkəzi 1 saylı poçt filialının nəzdində yaradılıb və “bir pəncərə” sistemi ilə fəaliyyət göstərəcək.
Mərkəzdə vətəndaşlara poçt və maliyyə məsələləri, stasionar telefonun qoşulması, telefon nömrəsinin başqa ada keçirilməsi, aviabiletlərin alınması və digər məsələlərlə bağlı xidmətlər göstəriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub