“Şərifzadə küçəsi, 174 və 162 saylı binalarda yaşayanlardan heç kim qolundan tutulub küçəyə atılmayacaq. Son sakin öz xoşu ilə mənzilini tərk etməyənədək heç bir söküntü işləri aparılmayacaq!”
Mynews.az-ın məlumatına görə, Yasamal rayon icra başçısının səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirən birinci müavini Səməd İslamov açıqlamasında belə deyib.
“O binalar söküntü üçün İcra Hakimiyyətindən xəbərsiz hasara alınmışdı. Söküntü işlərini yerinə yetirəcək “Qismət-M Construction” şirkəti özbaşınalıq etmişdi. Biz xəbər tutan kimi hasarları aradan qaldırdıq”.
S.İslamov bina sakinlərinin bir qismi ilə ötən həftə İcra Hakimiyyətində görüş keçirildiyini bildirdi: “Sakinlərin böyük əksəriyyəti bu köhnə binaların sökülməsindən narazı olmadıqlarını deyirlər. İllərdir bunu gözlədiklərini etiraf edənlər də var. Binalar çox köhnədir, insanlar daha yaxşı şəraitdə yaşamaq istəyirlər. Binaların sökülməsi dövlət layihəsilə həyata keçirilir. Mənzillərinin əvəzinə onlara veriləcək məbləğlə bağlı heç bir problem yoxdur. Narahatçılığa əsas yoxdur, bütün işlər sakinlərlə qarşılıqlı razılaşma əsasında görüləcək. Heç bir sakin narazı qalmayacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub