Lənkəranda yol polisi əməkdaşları xəstə sərnişinin həyatını xilas ediblər.
Mynews.az xəzərxəbər-ə istinadən xəbər verir ki, rayonun Şirinsu kənd sakini Ruslan İbadlı idarə etdiyi minik avtomobili ilə ürək çatışmazlığından əziyyət çəkən və ağır vəziyyətdə olan xəstəni xəstəxanaya aparırmış.
Lakin nəqliyyat vasitəsində nasazlıq yarandığından xəstəni ünvana - tibb müəssisəsinə çatdıra bilməyib. Bu zaman o, yoldan keçən polis əməkdaşını yardıma çağırıb.
Baş inspektor, leytenant Mirxəyal Hüseynov yanındakı əməkdaşla birgə xəstəni digər avtomobildən götürərək xidməti avtomobilə əyləşdirib. Sonra isə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Həkimlər bildiriblər ki, xəstəyə vaxtında yardım göstərilməsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub