"Sovetski" sakinlərinə 48 saat vaxt verilib - FOTOLAR

680
"Sovetski" sakinlərinə 48 saat vaxt verilib - FOTOLAR

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanının 1.1.-ci bəndinə əsasən, Nazirlər Kabinetinin 11 noyabr 2015-ci il, 358 saylı qərarı ilə Yasamal rayonu, Çingiz Mustafayev 43 ünvanında yerləşən çoxmərətəbəli yaşayış binası dövlət ehtiyacları üçün alınması nəzərdə tutulub.

Bununla əlaqədar olaraq həmin yaşayış binası sakinlərindən mənzillərinə əlavə xərc çəkərək təmir etməməsi xahiş olunur. Belə ki, həmin mənzillərə kompensasiya hesablanarkən xərclənən əlavə vəsait nəzərə alınmayacaq”, - deyə Köçürmə Komissiyası tərəfindən sözügedən binada yaşayan sakinlərə gələn bildirişdə yazılıb.

Bildirişdə yazılana görə, Bakı şəhərinin Baş planının icrası ilə əlaqədar yeni yol infrastrukturunun tikilməsi məqsədi ilə bu bina alınır: “Kompensasiya ilə bağlı iddiaların qiymətləndirilməsi və daşınmaz əmlaka sahibliyin əldə edilməsinə hazırlıq üçün digər tədbirlərin görülməsi məqsədi ilə bu bildirişin sizə təqdim olunduğu vaxtdan 48 saat sonra “Daşınmaz əmlakın alınması qrupu”nun daşınmaz əmlaka daxil olmaq hüququna malikdir”.

Mynews.az xəbər verir ki, bu barədə sakinlərdən biri bizimyol-a bildirilib.

Sakinlərin dediyinə görə, onlar həmin bildirişə imza atmayıblar və onlara bazar şərtləri əsasında kompensasiya ödənilməsə, evlərini tərk etməyəcəklər.

Qeyd edək ki, Köçürmə Komissiyasına yerli icra hakimiyyətinin və Maliyyə Nazirliyinin nümayəndələri rəhbərlik edirlər.

"Sovetski" sakinlərinə 48 saat vaxt verilib – FOTOLAR
"Sovetski" sakinlərinə 48 saat vaxt verilib – FOTOLAR
"Sovetski" sakinlərinə 48 saat vaxt verilib – FOTOLAR

Xəbər lenti