2017-2018-ci tədris ili üçün magistraturaya qəbul 70 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.
Mynews.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ayrılmış 7703 plan yerinə 6233 bakalavr (onlardan 2352 nəfəri dövlət sifarişi əsasında) qəbul olunub və plan yerləri 80.92% dolub.
Magistraturaya qəbul olunan bakalavrların 2767-si oğlan, 3466–si isə qızdır.
“Elm haqqında” qanunun 5-ci maddəsində (Elmin inkişafı üzrə məqsədli proqramlar) göstərilib ki, təhsilin fasiləsizliyi prinsipinə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna uyğun olaraq, Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrinin və elmi müəssisələrin və təşkilatların magistratura (rezidentura) və doktoranturalarında əyani təhsil alanlara hərbi xidmətdən möhlət hüququ təmin edilir.
Bu da o deməkdir ki, bu il magistraturaya qəbul olunan 2767 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1209 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1048 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1022 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1006 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
982 dəfə oxunub