Ağdaş Mərkəzi Rayon Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı araşdırma başlanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hazırda faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
S.Əhmədova onu da qeyd edib ki, ölüm halı Səhiyyə Nazirliyinin Uşaq və yeniyetmələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və ölüm hadisələrin araşdırması üzrə Komissiyası tərəfindən də araşdırılacaq.
Həmin Komissiyanın sədri, respublikanın baş pediatrı Nəsib Quliyev Lent.az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə, həmin uşaqda anafilaktik şok yaşanıb: "Buna da anestezik məqsədlə istifadə edilən dərman vasitələri səbəb olub. Amma materiallar tam araşdırılmamış dəqiq nə isə demək olmur. Hər bir uşaq ölümü istənilən halda faciədir. Hazırda xəstəxanadan uşağa məxsus sənədlərin göndərilməsini istəmişik. Xəstəliyin diaqnozu, hadisənin gedişi, baş vermə tarixinin qeyd edildiyi materiallar Komissiyaya daxil olduqdan sonra iclas keçiriləcək. Hazırda Komissiyamız tərəfindən araşdırma aparılır. Sənədlər gətirilsin, bu gün iclas keçiriləcək və gerçək səbəblər bilinəcək”.
Lent.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub