Prezident İlham Əliyev general-mayor Novruzəli Hüseyn oğlu Orucovu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edib.
Orucov Novruzəli 1962-ci ildə Ucar rayonunda anadan olub. Ucar şəhərindəki 2 nömrəli orta məktəbdə təhsil alıb.
1969-cu ildə, 6 yaşında ikən atasını itirib. Zaqafqaziya Hərbi Dairəsində - Gürcüstanın Qori şəhərində kiçik tank komandirləri kursunu bitirib.
Sonra Axalkələkdəki 13-cü qvardiya diviziyasında kiçik tank komandiri kimi müddətli həqiqi hərbi xidmət keçib.
Hərbi xidmət zamanı göstərdiyi şücaətə görə "«Döyüş xidmətlərinə görə" medalı ilə təltif olunub. Hərbi xidməti bitirdikdən sonra bir müddət zavodda fəhlə işləyib. Daha sonra Xarkov Ali Hərbi Tank Komandirləri məktəbinə qəbul olunub.
Sovet ordusunun Macarıstandakı hərbi birləşməsində 1 il kəşfiyyat taqımının komandiri, sonra isə müvafiq olaraq tank taqımının və bölüyünün komandiri vəzifələrində çalışıb.
Azərbaycana 1991-ci ildə gələn N.Orucov bir müddət Salyan Rayon Hərbi Komissarının müavini vəzifəsində çalışıb.
Qazax rayonunun müdafiəsində, həmçinin Füzulidə tank taborunun komandiri kimi döyüşlərdə iştirak edib.
Novruzəli Orucov 2007-2012-ci illərdə KHVTİC Respublika Şurasının sədri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2010-cu il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.
2012-ci ilin may ayından Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini idi.

1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1209 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1048 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1022 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1006 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
982 dəfə oxunub