Oğlana ərə gedən Cahid "Məni ölümdən qurtardı, evləndik"

1522

"Həyatımdan bezmişdim. İntihar etmək istəyirdim. Elə ölməyə hazırlaşanda o, peyda oldu. Onu sanki Allah yolladı".

Oğlana ərə gedən Cahid "Məni ölümdən qurtardı, evləndik"

Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, əslən banqladeşli olan 24 yaşlı Cahid Çoudhuri belə deyir. O, haqqında bəhs etdiyi 19 yaşlı Şon Roqana Uolsolldakı nikah və toy mərasimində ərə gedib.

Toy İngiltərənin Darlaston şəhərində olub. Cahid Britaniyada ailə quran ilk "mavi" müsəlmandır.

"Bu nikahdan sonra anladım ki, gey və müsəlman olaraq yaşamaq mümkündür, hətta yaxşıdır", - C.Çoudhuri söyləyib.

Cahidlə Şon iki sənə əvvəl, 2015-ci ildə tanış oldular.

Banqladeşdən olan müühacirlər ailəsində doğulmuş Cahidin iki qardaşı və bacısı var.

Və Uest-Midlenddə yaşayan 24 yaşlı Cahid Çoudhuri yaşamı boyu özünü narahat, naqolay hiss edirdi.

Cahidin sözlərinə görə, uşaq yaşlarında bacısının paltarlarını geyinir, kosmetikadan yararlanırdı. Futbolu seçməyən, televizorda moda verilişlərinə baxmağa üstünlük verən Cahidi anası söyür, atası və qardaşları döyürdü. Məktəbdə, məhəllədə onu ələ salırdılar. Banqladeşli qohumları ona "harum" deyirdilər ki, bu da çox ağır təhqirdir.

Ailəsi ona "müalicə" etmək üçün mollalar çağırıb, həkimlərə aparıb. Daha sonra isə Cahidi əvvəlcə Səudiyyə Ərəbistanına ümrə ziyarətinə, daha sonra Banqladeşə, müqəddəs məkanlara yollayıblar.

Fəqət, Cahid seksual azlıq olaraq qalıb.

15 il yollandığı, namaz qıldığı məsciddən qovulan Cahidi qonşuları, tanışları söyür, döyürdülər.

"Ailədə mənə anormal kimi baxırdılar. Həyatımdan bezmişdim. Darlastondakı parka yollanıb özümü asmaq istəyirdim. Skamyada oturub ağlayırdım, intihara hazırlaşırdım. Bu zaman mənə bir gənc yaxınlaşdı, ürək-dirək verməyə başladı. Şonla belə tanış olduq. Məni Məkkəyə belə yollamışdılar ki, "normal" olum. Amma Şonla tanış olandan sonra həyatım normallaşdı", - Cahid söyləyib.

Cahiddə Şon indi İspaniyaya, bir həftəlik "bal ayı"na yollanıblar.



Xəbər lenti