Ötən gün prezidentin sərəncamı ilə vəzifədən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini, general-mayor Novruzəli Orucov Qarabağ döyüşlərində fərarilik etməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, N.Orucov ölkə.az-a açıqlamasında sözügedən ittihamların cəfəngiyyat olduğunu söyləyib.
O, Qarabağ döyüşlərində yaxından iştirak etdiyini deyib: “Mən fərari deyiləm. İndi də təzə söhbət çıxarıblar ki, guya mən fərari generalam və sairə. Bütün bunlar yalandır. Əgər mən fərarilik etsəydim, mənə nə üçün general rütbəsi verilirdi? Birinci Qarabağ döyüşlərində tabor komandiri olmuşam. Ağdamda, Qazaxda gedən döyüşlərdə iştirak etmişəm. Adam bu qədər Allahsız olmaz da! Axı mən ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm. Mənə necə deyirlər ki, fərariyəm və sairə? Görünür, mənə qarşı kampaniya başlayıb”.
Xatırladaq ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla general-mayor Novruzəli Orucov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini - Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilib. Novruzəli Orucovun vəzifədən çıxarılmasına səbəb oğlu Rüstəm Orucovun 85 saylı marşrut avtobusunun sürücüsü, 1981-ci il təvəllüdlü Sənan Səmədovu döyməsi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub