Mynews.az Oxu. Az-a istinadən xəbər verir ki, işində kompüter təlimi alqoritmlərinin istifadə olunduğu əlavə insanları və onların emosiyalarını tanımağa, mətni oxumağa, pul əskinaslarını və sənədləri müəyyənləşdirməyə, məhsulların üzərindəki ştrix-kodlar haqqında informasiya öyrənməyə, fotoşəkilləri hiss etməyə imkan verir.
Məlumata görə, kamera üçün intellektual əlavə istifadəçiyə smartfonu qarşısında saxlayaraq ətrafdakı dünya haqqında informasiyanı dinləməyə şərait yaradır.
Vizual obrazların tanınması yenilik olmasa da, “Microsoft” texnologiyanı əhəmiyyətli dərəcədə təkmilləşdirib. Məsələn, gözü zəif görən istifadəçi kameranı sənədin üzərinə yönəldən zaman proqram ona kameraya bütün mətnin düşməsi üçün kadrın düzləndirilməsi ilə bağlı tövsiyələr verəcək.
“Seeing AI” prototipi ilk dəfə 2016-cı ilin martında “Build” konfransında nümayiş olunmasına baxmayaraq, proqramı iyulun 12-dən etibarən “App Store” mağazasından pulsuz yükləmək mümkündür.
Hazırda əlavəni yükləmək imkanından ABŞ, Kanada, Hindistan, Honkonq, Yeni Zelandiya və Sinqapur istifadəçiləri yararlanır. Mütəxəssislərin sözlərinə görə, tezliklə, “Seeing AI” proqramını digər ölkələrdə də yükləmək mümkün olacaq.
“Microsoft” korporasiyası tərəfindən əlavənin “Android” əməliyyat sistemli qurğular üçün versiyasının buraxılacağı barədə məlumat verilmir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub