Sosial şəbəkələr həyatımıza tamamilə sirayət edib. Bunlardan biri də qəbir üstündə molla tərəfindən "Quran” oxunmasının səs yazısı ilə əvəzlənməsidir. Bəziləri yalançı, nə oxuduğunu özündən başqa heç kim bilməyən mollaya 3-5 manat verib "Yasin” oxutdurmaqdansa, elə telefonda səs yazısı, yaxud "Youtube”dan "Quran” oxuyanın videosunun izlənilməsini daha məqbul hesab edir. Hətta bunu namaz vaxtı telefonlarda azan oxunması ilə müqayisə edənlər də var...
İlahiyyatçı, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli modern.az-a deyib ki, qəbir üstündə "Quran” oxunmasının Allah qatında savabı çoxdur: "İslamda dünyadan köçmüş insan üçün "Quran”ın savabının hədiyyə edilməsi var. Bəzən soruşurlar ki, ölüyə niyə "Quran” oxunur? Əslində, ölüyə "Quran” oxunmur. "Quran"ın savabı dünyadan köçmüş insana hədiyyə edilir. Necə ki, istənilən insan özündən sonra bir kitab yazıb qoymuş olsun, məscid tikdirmiş olsun, xeyriyyə evi, yaxud qonaqlar üçün yataqxana tikdirmiş olsun, bir bulaq qazdırsın və s. Bütün bunların savabı öləndən sonra da ona çatır. "Quran” oxunan zaman həm də onu oxuyan savab qazanır, bir şərtlə ki, bilən adamlar tərəfindən düz oxunsun”.
Hacı Şahin bildirir ki, İslam "Youtube”dan, yaxud hansısa səs yazısından "Quran” oxunmasını, dinlənilməsini qadağan etmir: "Amma "Quran”ın canlı oxunması tamamilə başqadır. Burada "Quran”ın özü ilə insanların təması çox bəyəniləndir. Qəbir üstündə "Quran”ın səs yazısından səslənməsi dini baxımdan qadağan olunmasa da, mən bunu düzgün hesab etmirəm. Azan məsələsi tamamilə fərqlidir. Azan məscidlərdə canlı oxunur. Sadəcə, bəzi proqramlar var ki, telefona yazdırmaqla namazın vaxtını bilmək olur. Amma "Quran”ın oxunması mahiyyət etibarilə fərqlidir. Hətta mən tövsiyə edirəm ki, "Quran” ərəbcə oxunduqdan sonra tərcüməsi də deyilsin, izah edilsin”.///http://azxeber.com
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub