Yol polisi tərəfindən yazılan cərimə protokolunda heç bir məbləğ göstərilməyib.
Hadisə Gədəbəy sakini Elməddin Aslanlının başına Gəncə şəhərində gəlib. O, avtomobil ilə gedərkən sol küçəyə dönüb. Bunu görən yol polisləri onu dayandıraraq qəza şəraiti yaratdıgı üçün cərimə tətbiq ediblər.
Elməddin Aslanlı polislə razılaşmasa da, ona protokol yazılıb. Ancaq kağızda heç bir məbləğ göstərilməyib. Sürücünün sözlərinə görə, inzibati cəza üçün heç bir əsas olmayıb. Yol polisinin qərarına etiraz edən sürücü ondan təhlükəsizlik kameralarının görüntülərini tələb edib. Polis isə məbləğ yazılmamış protokolu təqdim etməklə kifayətlənib.
Bəs görəsən belə hallarda sürücü nə etməlidir?
Ekspert Ərşad Hüseynov deyir ki, sürücü polisin qərarına etiraz edirsə, protokolda məbləg göstərilməyə bilər. Sürücü ona nə qədər cərimə tətbiq olundugunu dövlət yol polisinin elektron məlumat bazasından öyrənməlidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub