Daha bir Bakı ermənisi Oksana Altunyan dünyaya göz açdığı Azərbaycan paytaxtına gəlib.
Mynews.az virtualaz.org-a istinadən bildirir ki, onun Bakıda ilk hiss etdiyi doğma şəhərin qoxusudur - uşaqlıq qoxusu, valideynləri ilə yaşadığı evin qoxusu, həyatın ən yaxşı illərinin qoxusu.
Qadının etirafına əsasən, cəmi bir saat ərzində o, yeniyetməliyini, görüşlərin və ayrılıqların sevincini və kədərini yaşayıb, keçmiş arzularını və istəklərini xatırlayıb.
Oksanaya təhsil aldığı məktəbi, rəfiqələri ilə oynadığı həyəti, ərə getdiyi evi görmək imkanı yaradılıb.
Qadının gözləri gah sevinclə yanır, gah da göz yaşları ilə tutulurdu. Həmin o xoşbəxt illərdən onu uzun zaman ayırır. Həmin illərdən ki, millətindən asılı olmayaraq hamılıqla bayramları qeyd edir, toylarda şənlənir, doğum evlərindən yenicə anadan olmuş körpələri qarşılayırdılar. Hər şey ümumi və hər şey əziz idi.
Amma bu gün də Oksana Altunyan çox xoşbəxtdir, axı arzusu yerinə yetib - o, qəlbinə yaxın, doğma yerlərdədir.
"Danışa bilmirəm, emosiyalar üstələyir", - bu sözləri təkrarlayır.
"Sadə insanlardan heç kim müharibə istəmir, heç kimə lazım deyil ki, oğulları həlak olsun", - bakılı erməni qadın deyir. O əmindir ki, vaxt gələcək, Ermənistandan didərgin düşmüş azərbaycanlılar da böyüyüb başa çatdıqları yerlərə gedə biləcək, əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Oksanaya bu xoşbəxtlik artıq nəsib olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub