Nikaha daxil olmaq istəyən 12036 nəfərdə talassemiya, 1143 nəfərdə sifilis, 209 nəfərdə QİÇS aşkarlanıb.
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291431 nəfər keçib.
Mynews.az-ın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 1 iyun 2015-ci il - 30 iyun 2017-cı il tarixində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən olunub.
Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 12036 nəfərdə talassemiya daşıyıcılığı, 1143 nəfərdə sifilis, 209 nəfərdə isə QİÇS aşkar edilib.
2017-ci il ərzində 63137 nəfər müayinələrə cəlb edilib, 1853 şəxsdə talassemiya daşıyıcılığı, onlardan 19-da hər iki cütlük olmaqla, daşıyıcılıq aşkarlanıb. 259 nəfərdə sifilis, 46 nəfərdə isə HİV1/2 QİCS qeydə alınıb.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1209 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1048 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1022 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1006 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
982 dəfə oxunub