Ölkənin tanınmış həkimləri və millət vəkilləri iyulun 4-də ermənilər tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın yaşadığı Füzulinin Alxanlı kəndinə yollanıblar.
Mynews.az xəbər verir ki, cərrah mama-ginekoloq Səbinə Mirzəyevanın təşəbbüsü ilə baş tutan səfərdə həkimlər Günay Bayramova və Ceyhun Yadigarov şəhidlərin yaxınları ilə görüşüblər.
Onlar 2 yaşlı Zəhranın atası Elnur Quliyevə dərin hüzünlə başsağlığı veriblər. Ailəyə maddi yardım göstərən həkimlər daha sonra Zəhra və nənəsinin qətlə yetirildiyi ərazidə olublar. Hadisə yerinə Milli Məclisin vitse-spikeri Bahar Muradova və başqa deputatlar da baş çəkib.
Alxanlı kənd qəbiristanlığına yollanan həkimlər nənə və nəvənin xatirəsinə ehtiramlarını bildiriblər.
“Füzuliyə ayaq basdığımız an kədərimiz bir az da dərinləşdi. Bu məmləkətin qoxusu insanı kövrəldir. Burada hər küncdə bir Zəhra ağlayır sanki... Rayon camaatı, Bakıdan gələnlər, hər kəs məhz Zəhraya görə bura axın edir. Qızcığazın anasına baxdıqca, insanın qəlbi parçalanır. Allah Azərbaycan xalqına bu cür çətin sınaqlar göstərməsin... Dinc sakinlərin evlərinin qarşısında qətlə yetirilməsi dözülməzdir”, - deyə S.Mirzəyeva bildirib.
Onu da bildirək ki, Zəhra valideynlərinin yeganə, bir neçə ildən sonra əziyyətlə dünyaya gələn övladı idi. Ginekoloq Səbinə Mirzəyeva Zəhranın anasının müayinə və müalicəsini öz boynuna götürüb.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1209 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1048 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1022 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1006 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
982 dəfə oxunub