Rusiyanın Azərbaycan əsilli aktrisası Səbinə Əhmədova erməni milyarderlə evlənir. Mynews.az haqqin.az-a istinadən xəbər verir ki, aktrisa "Росгосстрах" şirkətlər qrupunun sahibi Danil Xaçaturovla ailə həyatı qurur.
"Forbes"in hesablamalarına görə, erməni iş adamının 2 milyard dollar sərvəti var. Danil Xaçaturov 2008-ci ildə evləndiyi Ulyana Serqeenkodan 2013-cü ildə boşanıb.
Danil Xaçaturo
Səbinə Gülbala qızı Əhmədova 23 sentyabr 1981-ci ildə Bakıda anadan olub və 1990-cı ildə ailəsi ilə Moskvaya köçüb. 36 yaşlı aktrisa indiyədək evli olmayıb. O, Rusiyada böyük auditoriya toplayan "Klub” serialında, "Böyük şəhərdə sevgi”, "Olimpius İnferno”, "8 ilk görüş” filmlərində çəkilib.
Səbinə Əhmədova
Erməni iş adamı ilə azərbaycanlı aktrisanın dəbdəbəli toy edəcəyi deyilir.
Qeyd edək ki, Səbinə Əhmədova bundan əvvəl qondarma "erməni soyqırımı" ilə bağlı filmə çəkilərək gündəmə gəlmişdi. O, erməni diasporasının maliyyələşdirdiyi "Yaşaya bilmədiyimiz həyat” qısametrajlı filmində rol alıb.










1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub