Bu dəfə sizə yalnız gecələr Azərbaycanda yanacağın qiymətini artıran insanların siyahısını təqdim edirik.
Bunlar Tarif Şurasının üzvləridir. Enter.News onları sizə təqdim edir:
Şuranın üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin müavini - Azər Bayramov
Azərbaycan Respublikası vergilər nazirinin müavini - Sahir Məmmədxanov
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Toğrul Musayev
Azərbaycan Respublikası energetika nazirinin müavini - Gülməmməd Cavadov
Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini - Musa Pənahov
Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini - İltimas Məmmədov
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini - Elsevər Ağayev
Azərbaycan Respublikası təhsil nazirinin müavini - Ceyhun Bayramov
Аzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - İdris İsayev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini - Dövlətxan Dövlətxanov
Şuranın sədriMustafayev Şahin Abdulla oğlu |
|
1965-ci ildə anadan olub. 1989-cu ildə M.Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. 1990-1991-ci illərdə Bakı Baş Tikinti İdarəsində baş mühasib işləyib. 1991-1992-ci illərdə “Spektr” kiçik müəssisəsində baş mühasib vəzifəsində çalışıb. 1992-1999-cu illərdə Nəsimi rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, baş dövlət vergi müfəttişi və şöbə rəisi olub. 1999-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyində İqtisadi Təhlil, Uçot, Hesabat və Vergi Daxilolmalarının Proqnozlaşdırma İdarəsində şöbə rəisi vəzifəsində çalışıb. 2000-2003-cü illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəis müavini, rəisi olub. 2003-2005-ci illərdə Dövlət Neft Şirkətində mərkəzi mühasibatlığın baş mühasibi, İqtisadiyyat və Uçot İdarəsinin rəisi işləyib. 2005-2006-cı illərdə Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti olub. 2006-cı ilin sentyabrında Vergilər nazirinin birinci müavini təyin edilib. 2008-ci il oktyabrın 31-dən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədridir. Ailəlidir, 3 övladı var. |