“Boston Globe” qəzetində “ABŞ miqrantlar üçün ən yaxşı ölkələr siyahısında yeddinci yerdədir” adlı məqalə dərc olunub.
Mynews.az-ın Haqqin.Az-a istinadən xəbərinə görə, yazıda Azərbaycanın adı da xatırlanır.
Məqalədə miqrantlar üçün ən yaxşı və ən pis ölkələr barədə danışılır. Tədqiqatda iqtisadi sabitlik, gəlirlərin bərabərliyi, əmək bazarı və biznes liderlərin açıqlamaları meyarlarına əsasən 80 ölkə qiymətləndirilib. Müəlliflər həmçinin BMT və Dünya Bankının miqrasiyaya dair məlumatlarından istifadə ediblər.
Miqrasiya üçün ən yaxşı ölkə İsveç adlandırılıb.
İlk onluğa həmçinin, Kanada, İsveçrə, Avstraliya, Almaniya, Norveç, ABŞ, Niderland, Finlandiya və Danimarka düşüb.
Rusiya siyahıda 24-cü, Ukrayna 31-ci, Belarus 38-ci, Qazaxıstan 46-cı, Latviya 56-cı, Azərbaycan isə 61-ci yerdə qərarlaşıb. Ermənistanın adı reytinqə daxil edilməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub