Bəzi vətəndaşlar müalicəvi əhəmiyyəti olan göllərə üz tuturlar. Belə məkanlardan biri də Hövsanda yerləşən duzlu göldür. Baxmayaraq ki, aidiyyati qurumlar 10 ildən çoxdur ki, orada çimməyi qadağan ediblər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtdakı duzlu göldən gedir. O duzlu göldən ki, bura gələnlər arasında uşaqdan böyüyə, yaşlıdan cavana, bir sözlə, hər yaşda olan insanları görmək mümkündür.
Gölün ətrafında kömür və pas rəngli insanları görəndə isə bizi bir sual maraqlandırdı: görəsən insanların şəfa tapmaq məqsədilə üz tutduğu bu gölün həqiqətənmi müalicəvi əhəmiyyəti var, yoxsa bu sadəcə ilərdir bura gələnlərin inancına hopub?
Duzlu gölün müalicəvi hesab edilən vannalarının hər birini qəbul etmək üçün ziyarətçilər 50 qəpik ödəyirlər. Əraziyə daxil olmaq üçün giriş pulu və duzlu göldən istifadədən sonra qəbul edilən duşu da nəzərə alsaq, bir nəfər burda ən azı 2 manat xərcləyir. Maraqlısı isə odur ki, bura bəziləri sanatoriya kimi baxır. Elə 23 ilə yaxındır burda çalışan Sərxan dayı da deyir ki, hər halda faydası olmasa duzlu gölə gələnlərin sayı hər il artmaz.
Gigiyena və Epdemiologiya Mərkəzindən “Xəzər Xəbər”ə verilən məlumata görə, duzlu gölün 2006-cı ildən müalicə məqsədilə istifadəsi qadağan olunub. Səbəb isə göldə antisanitariya hallarının aşkarlanmasıdır. Qadağanın bu il də qüvvədə saxlanıldığı bildirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub