Bakıda yol polisinin saxladığı sürücü müqavimət göstərib.
Mynews.az lent.az-a istinadən verdiyi məlumata görə, gecə saat 01:30 radələrində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 dövlət nömrə nişanlı xidməti "BMW” "VAZ 21011” markalı, 01 BR 911 nömrəli avtomobili saxlayıb. Məlum olub ki, həmin avtomobili idarə edən Fərid Şükürov sərxoş vəziyyətdədir. Polis əməkdaşları sürücünü müayinədən keçməyə dəvət edib. Bu zaman F.Şükürov etiraz edib və yol polisi əməkdaşları ilə dalaşmağa başlayıb.
Polisin tələbinə tabe olmayan sürücü müqavimət göstərib və daha sonra avtomobilindən balta götürərək yol polisinin "BMW”sinə zərbələr endirib.
Hadisə yerinə post patrul xidmətinin əməkdaşları gəlib və müqavimət göstərən şəxs saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub