Bakı Nəqliyyat Agentliyi küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə 15.11.2016-cı il tarixində Nazirlər Kabinetinə bir sıra təkliflə müraciət edib.
BNA-dan Mynews.az-a verilən məlumata görə, müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması, o cümlədən sürət həddinin yüksək olduğu yollarda yolun süpürülməsi işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifadə edilməsinə dair məsələlər öz əksini tapıb.
Qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib. Artıq Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub