Bakının tanınmış restoranında xoşagəlməz hal baş verib.
Mynews.az xəbər verir ki, oxuculardan biri oxu.az-a bildirib ki, 18 iyul tarixində Bakının mərkəzində yerləşən “Konti” restoranına həyat yoldaşı ilə nahar etməyə gedib.
O bildirib ki, restoranda əyləşərkən masanın yanında tarakan görüb. Bununla bağlı ofisiantı çağırıb, ofisiant bildirib ki, bu, tarakan deyil: “Ofisiantdan administratorun gəlməsini tələb etdim. Özünü təqdim etməyən bir şəxs gəldi. O şəxs dedi ki, həşəratlar bu obyektdəki mebeldə yuva qurublar. Sonra o salfetlə həmin həşəratı başqa yerə atdı. Daha sonra bizə yemək gətirdilər, boşqabda da bir tarakan gördüm, öz iradımı bildirdim. Ofisiant yenə o şəxsi çağırdı, həmin şəxs də tarkanı yenə salfetlə başqa yerə atdı”.
Müştəri administratora öz iradını bildirmək istəsə də, buna nail ola bilməyib. O bildirir ki, restoranda ona yeməyi pulsuz veriblər və növbəti dəfə pulsuz bir nahar etməyi təklif ediblər: “Mən bununla razılaşmadım, naharın tam pulunu ödəyərək həmin yerdən uzaqlaşdım. Mən çox təəccübləndim ki, Bakının mərkəzində belə bir natəmizlik ola bilər”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub