Sosial şəbəkələrdə sürətlə məşhurlaşan və özünün “YouTube” kanalı olan 22 yaşlı minskli bloqer Karolina K (Karolina Kononoviç) Belorusiyadan olan bir qrup səyyahla Bakıya gəlib.
Mynews.az haqqin.az-a istinadla xəbər verir ki, o, Azərbaycanın paytaxtı ilə bağlı ilk videosunu artıq təqdim edib.
Bloqerin sözlərinə görə, ilk təəssüratları belədir: “Şəhər çox gözəl, binaları möhtəşəmdir, Zahi Hədidin əsəri olan Heydər Əliyev Mərkəzi isə xüsusilə seçilir”.
Karolina qeyd edir ki, Bakı çox isti, yeməkləri isə anlaşılmazdır (görünür, hoteldə verilən səhər və nahar yeməkləri nəzərdə tutulur). Lakin nəzərə alsaq ki, bloqer bakılı dostları ilə görüşməyi planlaşdırır, demək, onu əsl Azərbaycan mətbəxi ilə də tanış edəcəklər.
Bloqer videosunda Bakının görüntülərini, dənizkənarı parkı, hətta metronu da çəkib.
Karolinadan Bakı təəssüratları ilə bağlı yeni videolar gözləyirik.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub