Sosial şəbəkələrdə diaqnostik imtahanlarda iştirak edib az bal toplayan müəllimlərə dərs yükünün az veriləcəyi ilə bağlı foto yayılıb.
Report xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yerləşən orta məktəbdə, yeni tədris ilində müəllimlərə veriləcək dərs yükü ilə bağlı xəbərdarlıqedici elan yerləşdirilib.
Bildirilir ki, 2017-2018 tədris ilində müəllimlərin dərs bölgüsündə müəllimlərin diaqnostik qiymətləndirmədə ixtisas fənnindən topladığı bal nəzərə alınacaq.
Belə ki, ixtisasdan 4-6 bal toplayanlara 6, 11-15 bal toplayanlara 7-8, 16-20 bal toplayanlara 9-12, 21-30 bal toplayanlara 12-18, 31-40 bal toplayanlara 18-26 saat dərs yükü veriləcək. İbtidai sinif müəllimlərindən 15 baldan aşağı yığanlara isə sinif verilməyəcək, ancaq yığma dərslər veriləcək.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlamasında bildirib ki, dərs yükünün paylanmasında qiymətləndirmənin nəticələri nəzərə alınır: “Bu, yeni məlumat deyil, həmişə belə olub. Müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub