Mynews.az Trend-ə istinadla məlumatına görə, hadisə rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verib.
Heyvandarlıqla məşğul olan kənd sakinləri sahədə qəribə səs eşidiblər. Səs istiqamətinə yollanan sakinlər sahədə böyük ilanla qarşılaşıblar. Ən zəhərli ilanlardan hesab edilən gürzə ilanını ağacla öldürmək mümkün olmayıb. Çarəsiz qalan sakinlər ilanı ov tüfəngi ilə öldürüblər.
Öldürülən ilan Qafqaz gürzəsidir. Gürzənin uzunluğu 2 metr 60 santimetr olub.
Sakinlər Trend-ə bildiriblər ki, bu növ ilanlar son günlər Bico kəndinin ərazisinə yayılıb. Son bir ayda kənd ərazisində 20-dən artıq gürzə öldürülüb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub