Səudiyyə Ərəbistanında mini ətəklə gəzintisi “Snapchat”da yayılan və böyük səs-küyə səbəb olan qız tutulub.
Mynews.az milliyet.com-a istinadən xəbər verir ki, polisin verdiyi rəsmi açıqlamada onun geyiminin qıcıqlandırıcı olduğu bildirilib.
Sosial mediada paylaşılan videonu alqışlayan da olub, sərt reaksiya verənlər də. Bəzi istifadəçilər hətta gənc qızın həbs olunmasına dair çağırış da ediblər. Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsi və küçəyə həyat yoldaşı olmadan çıxması qadağandır.
Videonun çəkildiyi kənd ölkənin ən mühafizəkar bölgələrdəndir. Qadınların geyiminin qatı qaydalarla müəyyən edildiyi bir ölkədə ABŞ prezidentinin həyat yoldaşı Melania Tramp və qızı İvanka Tramp baş açıq şəkildə gəlmişdilər. Kulud adlı gənc qızı dəstəkləyənlər Melania və İvanka Trampı xatırladıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub