Bu ilin 6 ayı ərzində vətəndaşlar tərəfindən 6 minə yaxın fərdi ev tikilib.
Mynews.az Xəzər TV-yə istinadən məlumat verir ki, fərdi evlərin tikintisinin geniş vüsət alması onların necə sənədləşdirilməsi məsələsini aktuallaşdırır.
Bəzi vətəndaşlar fərdi evlərə dövlət reyestrindən çıxarışın hansı prosedurlar əsasında alınmasından məlumatsızdırlar. Çıxarış almaq üçün ilk növbədə evin tikiləcəyi torpağın sənədləri qaydasında olmalıdır.
Torpağa dair sənədlər qaydasında olduğu halda, tikilən evin hansı hündürlükdə olmasını nəzərə almaq lazımdır. 2013-cü ildən etibarən hündürülüyü 12 metrdən çox olmayan fərdi evlərin tikintisi üçün icra hakimiyyətlərindən icazə almağa ehtiyac yoxdur.
Sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edildikdən sonra 10 gün ərzində çıxarış almaq mümkündür.
Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, torpağın sənədləri qaydasında olsa belə, bəzi ərazilərdə tikilmiş evlərə çıxarış almaq mümkün olmur.
Reyestr Xidmətinin rəis müavini Elşad Məmmədov deyir ki, əgər fərdi ev 12 metrdən hündür, aşırımlarının uzunluğu 6 metrdən çox olarsa, onda layihə müvafiq icra hakimiyyəti orqani ilə razılaşdırılmalı və tikintiyə icazə verilməsi haqqında sərəncam əldə edilməlidir. Sonrakı prosedurlar isə olduğu kimi qalır.
1
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1102 dəfə oxunub
2
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1092 dəfə oxunub
3
Magistraturaya sənəd qəbulu başa çatır
1067 dəfə oxunub
4
İlham Əliyev Sərəncam imzaladı
1045 dəfə oxunub
5
SOCAR-ın əməkdaşı qəzada öldü
1031 dəfə oxunub