İzmirdə yaşayan Selin Savaş 3 gün əvvəl "Beyin əməliyyatına gedəcəyəm" deyərək getdiyi xəstəxanadan çıxdıqdan sonra yoxa çıxıb.
Mynews.az Haberler-ə istinadən xəbər verir ki, 20 yaşlı qızın xəstəxanaya getdiyi, bundan sonra itdiyi məlum olub. Selinin xəstəxanaya getməmişdən əvvəl otağında məktub yazıb qoyduğu və orada 1 il əvvəl infarktdan ölən atası Hüseyn Savaşa xitab olaraq: "Atamın çox həsrətini çəkdim. Atamın yanına gedirəm", - deyə yazdığı iddia edilərkən, anası Aişə Savaş: "Qızımın başına bir hadisə gəldiyindən qorxuram. Görən dərhal polisə xəbər versin", - deyib.
Facebook-dakı SON STATUSU
Selinin Facebook-da son olaraq 18 iyul səhəri saat 06.22-də "Çıxılmaz bir küçədir oynadığım səhnə. Hara dönsəm eyni məhəllədir. Ölürəm ana" deyə paylaşım etdiyi məlum olub.
Polis Selin Savaşı tapmaq üçün axtarışlara başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub