Mynews.az xanım.az-a istinadən bildirir ki, "Mən ətrafımdakı heç bir insana pis baxmıram, mənim üçün gey, lezbiyan, trans, yəhudi, xristian, müsəlman hamısı birdir. Kiminsə mənə pis baxması da heç vecimə deyil".
Bunu müğənni Mətanət Əsədovanı təhqir etdiyinə görə 3 ay müddətinə həbs edilən keçmiş "NİDA"çı Elsevər Mürsəlli Avrasiya.net-ə açıqlamasında bildirib.
E.Mürsəlli Azərbaycanda sıxıldığını bildirib: "Mənim Allahdan tək bir istəyim var. Dunyanın ən gözəl qadını olmaq. Bu çox bahalı və ağır bir əməliyyatın sonucunda olsa belə…… Mən bunu edəcəm. Həyatda sadəcə öz xoşbəxtliyinizi düşünün, kimin nə dediyinə fikir verməyin".
E.Mürsəlli onu da deyibv ki, azad və demokratik insanların yaşadığı Avropa ölkələrinin birinə – Hollandiya, Almaniyaya gedəcək: "İnsan içindən nə keçirsə onu yaşamalıdır, kimsə məni qınayacaq deyə bədbəxt ola bilmərəm. Cinsimi dəyişdirəndən sonra çox gözel baxımlı biri olub illərdi xəyalının qurduğum libasları geyinəcəm".
Qadın olmaq istəyən gənc daha sonra bildirib ki, Azərbaycanda onu sıxan məqamlardan biri də işsizlikdir. Elə buna görə də işsizlik onu Avropaya aparan yollardan biridir: "Avropada sevəcəyim biri olarsa ömrüm onun olsun".
E.Mürsəlli onu da əlavə edib ki, müğənni Mətanət Əsədova məni həbs etdirməklə cəza verdiyini düşündü: "Amma mən özümü cənnətdə hiss edirdim. Ətrafımda 1200 yaraşıqlı oğlan və hər kəs mənim dodaqlarıma, gözlərimə aşiq olmuşdu, mənimlə kraliça kimi davranırdılar…"
Xatırladaq ki, E.Mürsəlli Xaçmaz rayon sakinidir. Fəal sosial şəbəkə istifadəçisi olan Mürsəlli 2013-cü ildə DİN Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. 9 ay həbsdə qalandan sonra Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən oktyabrın 18-də azadlığa çıxıb. AXCP və "NİDA"dan istefa verdikdən sonra YAP-a üzv olub. Sonra bu partiyadan da çıxıb.
Onu da qeyd edək ki, E.Mürsəlli bir zamanlar qalmaqallı açıqlamaları, seksual xarakterli fikirləri, foto və videoları ilə gündəmdə olub. Hətta Gürcüstanın sabiq prezidenti M.Saakaşvili ilə evlənmək istəyini də bəyan etmişdi.