İyulun 19-na keçən gecə Bakı şəhər Sabunçu rayonu ərazisində - Heydər Əliyev prospektində “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin altında qalaraq ölən şəxsin kimliyi müəyyənləşib. Mynews.az hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobusun vurub 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlunun sürdüyü "Porsche"nin altına atdığı piyadanın 1975-ci il təvəllüdlü Musayev Mirmehdi Soltanəli oğlu olması müəyyən edilib. Onun meyiti ailəsinə təhvil verilib.
Qeyd edək ki, “Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub