Bu gün ictimai xadim, Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı olmuş Anar Məmmədxanovun doğum günüdür.
Mynews.az xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.
1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.
Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.
1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.
O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.
Evli idi, üç övladı yadigar qalıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub