"22 iyul - Milli Mətbuat Günü ərəfəsində jurnalistlərə növbəti dəfə mənzillərin hədiyyə edilməsi Prezident İlham Əliyevin humanizmliyinin daha bir bariz nümunəsidir".
Mynews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyev bu addımı ilə hər bir vətəndaşın prezidenti olduğunu bir daha təsdiqlədi: "Milli Mətbuat Günü ilə bağlı bütün media nümayəndələrini təbrik edirəm. Hər birimizə məlumdur ki, Azərbaycan mətbuatının inkişafında Prezident İlham Əliyevin xüsusi əməyi var. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycan mətbuatına göstərdiyi qayğının Prezident İlham Əliyev tərəfindən bu gün davam etdirilməsidir. Cənab Prezidentin jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığı addımların davamı olaraq, bu dəfə də media nümayəndələrinə mənzillərin verilməsi Azərbaycan jurnalistlərinin əməyinin qiymətləndirilməsidir".
B.Quliyev qeyd edib ki, bu, eyni zamanda Prezidentin humanizm siyasətinin bariz göstəricisidir: "Hesab edirəm ki, azad sözün, mətbuatın inkişafında dövlət öhdəsinə düşən işi artıqlaması ilə görür, Azərbaycanda mətbuatın inkişafı üçün kifayət qədər hüquqi baza var. Amma bundan əlavə, liderin öz istəyi də vacibdir. Cənab Prezident mətbuatın inkişafı üçün dövlətin siyasətindən başqa, öz liderlik siyasətini də ortaya qoydu. Hesab edirəm ki, bu diqqət hər bir vətəndaşa göstərilən qayğının nümunəsidir. Mən "SƏS" qəzetinin kollektivi adından cənab Prezidentə minnətdarlığımı bildirirəm və jurnalist əməyinə verdiyi qiymətə görə təşəkkür edirəm".
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub