“ACT Azərbaycan” şirkəti 22 iyul Milli mətbuat günü münasibətilə yerli media nümayəndələrini bir araya topladı. Əyləncə mərkəzlərinin birində baş tutan “Media Party”yə aparıcı media orqanlarının nümayəndələri qatıldı.
Mynews.az xəbər verir ki, yığıncağın məqsədi həm media nümayəndələri ilə birlikdə milli jurnalistika gününü qeyd etmək, həmçinin jurnalistləri iş prosesi zamanı müraciət etdikləri peşəkar araşdırma və sorğular haqqında məlumatlandırmaq idi. Tədbirə maraq qatan isə “ACT Azərbaycan”ın növbəti “Newsletter” sosial sorğusunun mövzularının jurnalistlər tərəfindən təyin olunması oldu. Jurnalistlər onları maraqlandıran mövzularda sualları müzakirə edərək öz təkliflərini verdilər. Araşdırma şirkəti təklifləri nəzərə alaraq 2 ay sonra jurnalistlərin sualları əsasında peşəkar sorğu keçirib nəticələri media ilə paylaşacaq.
“Party” zamanı iştirakçıları arasında boulinq yarışı da keçirildi. Həmkarlarını yarış meydanında üstələyərək qalib olan “Ədalət”qəzetinin əməkdaşı Sübhan Mahmudov “ACT Azərbaycan” tərəfindən mükafatlandırıldı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub