Mynews.az xəbər verir ki, sakinlərin azxeber.com-a verdiyi məlumata görə, qaz sızmasının qarşısını almaq üçün onlar "Azəriqaz"a müraciət edib, ancaq müəssisədən hadisə yerinə heç kim gəlməyib: "Dünən saat 16:00-da blokda qaz sızması var idi, biz bununla bağlı "Azəriqaz"ın qaynar xəttinə məlumat verdik. Ancaq hadisədən düz 6 saat sonra onlar əməkdaşlarını göndərdilər"
Sakinlər əlacsız durumda qaldığından idarəyə də gediblər: "Biz gördük ki, heç kim gəlmir, özümüz idarəyə getdik ki, adam gətirək. Orda isə dedilər ki, işçilərdən heç kim yoxdur. Biz anlamırıq ki, "Azəriqaz" nəyi gözləyir? Onlar binanın partlamasını gözləyirlər?"
Sakinlərin dediyinə görə, işçi 6 saat sonra gəlsə də, problemi həll edə bilməyib: "Ordan adam göndərdilər, o gəldi, ancaq sızmanın qarşısını ala bilmədi. Bu gün yenidən blokda sızma var"
Məsələ ilə bağlı "Azəriqaz"dan bildirilib ki, müraciət qeydə alınıb və hazırda araşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub