Gürcüstanın Telavi rayonunun azərbaycanlıların yaşadığı Qaracala kəndində üç ev yanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, yanğın evlərin birində elektrik xətlərində qısaqapanma səbəbindən baş verib və qısa müddət ərzində qonşuluqda olan digər iki evə yayılıb.
Xəsarət alan olmasa da, yanğın nəticəsində üç ev yararsız hala düşüb. Üç çoxuşaqlı ailə evsiz qalıb. 19 nəfər hazırda qohumlarının evində məskunlaşıb.
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bildirib ki, o, hadisə ilə bağlı Telavi rayon rəhbərliyi ilə əlaqə saxlayıb. “Rayon rəhbərliyindən bildirilib ki, evlər bərpa olunanadək zərərçəkən şəxslərə kirayə ev tutmaları üçün köməklik göstəriləcək”, - deyə o qeyd edib.
Ə. Babayev həmin ailələrə yardım göstərilməsi üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı biznesmenlərə müraciət edildiyini bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub