Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Mynews.az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisiVaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanlarında xeyli xətalar baş verir: “Ona görə həm xəbərdarlıq, həm də tələb edirik ki, toy karvanlarında nizam-intizama riayət edilsin, yol-hərəkət qaydaları pozulmasın. Nəqliyyat vasitələrinə müxtəlif bəzək əşyaları vurarkən dövlət nömrə nişanları görünmür. Eyni zamanda, dövlət nömrə nişanının üzərinə “dostum evlənir” və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Diqqətli olun, belə hallara yol vermək olmaz. Sonra deyilməsin ki, “bizim mentalitetimiz budur, gəlin aparırıq, yaxud gənclər ailə qurur, olar”. Gənclər ailə qursa belə, hər şey qanunvericiliyin tələbinə uyğun olmalıdır”.
V.Əsədov həmçinin bəy-gəlin avtomobilini müşayiət edən sürücülərə yolda hərəkət zolaqlarını lüzumsuz olaraq tutmamaları barədə xəbərdarlıq edib: “Sürət həddini aşmasınlar, səs siqnallarından istifadə etməsinlər, başqalarının hərəkətinə mane olmasınlar. Ərazidə əməkdaşlarımız olmasa da, kameralar vasitəsilə bu xətalar qeydə alınır və tədbirlər görülür”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub