Mynews.az xeberle.com-a istinadən məlumatına görə, 3 aydır maaşlarını ala bilməyən işçilər işə çıxmaqdan imtina ediblər. Hadisə yerinə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının I müavini Faiq Kərimov gəlib. O, etiraz edən işçilərlə görüşüb, yaranan problemin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacağını bildirib.
***
Mynews.az xeberle.com-a istinadən məlumatına görə, "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt Qaz İstismar Sahəsinin bir qrup işçisi idarənin qarşısında etiraz aksiyası keçirir. İşçilərin bildirdiyinə görə, artıq 3 aydır ki maaş verilmir. Dəfələrlə rəhbərliyə müraciət etmələrinə baxmayaraq heç bir səbəb göstərilmədən yox cavabı deyilir. İşçilərin narazılığına idarə rəhbəri Namiq Tarverdiyev "Kimin xoşu gəlir işləsin, kimin xoşu gəlmir yol açıqdır, gedə bilər" deyərək cavab verib.
Qeyd edək ki, etiraz edən işçilər Azərbaycan Respublikası Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər şöbəsindən göndərilib. Həmin şəxslərlə bir illik müqavilə imzalanıb. Buna baxmayaraq idarə rəhbəri maaaş ödəməkdən boyun qaçırır. Hal hazırda aksiya davam edir:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub