USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Bakıda solmuş çəmənliklər yaşıl boya ilə rənglənir

20:37 11.02.2017
Bakıda solmuş çəmənliklər yaşıl boya ilə rənglənir
20:37 11.02.2017
Paytaxt Bakıda yol kənarlarındakı yaşıl ot örtükləri qış mövsümünün gəlişi ilə solub. Aidiyyatı qurumlar isə solmuş otu rəngləməyə başlayıb.
 
Musavat.com xəbər verir ki, yol boyu kilometrlərlə uzanan yaşıllıqlara nəzarət edən "Bakı Abadlıq Xidməti" MMC iki gündür bu işlə məşğuldur. 
 
MMC rəhbərliyinin göstərişi ilə saralan otların boyanmasına başlanılıb. Heydər Əliyev prospekti boyunca uzanan ot örtükləri yaşıl boya ilə rənglənir.
 
Bu hadisə bir müddət əvvəl Türkiyədə baş verən maraqlı hadisənin demək olar ki, eynisidir. Xatırladaq ki, Türkiyənin İzmir şəhərində dövlət əhəmiyyətli binanın açılışı zamanı bələdiyyə rəhbərliyinin göstərişi ilə yaxınlıqda olan daşlar, dağ yamacları yaşıl rəngə boyanmışdı. Bələdiyyə sədrinin bu addımı həm Türkiyə, həm də Azərbaycanda sosial şəbəkə istifadəçilərinin geniş müzakirələrinə səbəb olmuşdu. İndi isə bənzər hadisə Azərbaycanda qeydə alınıb.
 
Əməkdaşımız "Bakı Abadlıq Xidməti"nin "yaşıllaşdırma əməliyyatı"nı lentə alıb. Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti