Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.
Mynews.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bu gün "Beşmərtəbə" dairəsi yaxınlığında baş verib. Belə ki, idarə etdiyi "BMW" markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə biabırçı şəkildə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb. Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX hərflərinin əvvəlinə plamastrla S hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib. EX seriyasını "SEX" kimi göstərən sürücü saxlanılara avtomobili cərimə meydançasına salınıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub