Mənə yazı yazmağı öyrədən adamın gözəl bir sözü var: “Allahın da öz ədaləti var, dövlətin də”.
Dövlət öz ədalətini göstərdi və 255 jurnalistə mənzil hədiyyə etdi. Bu, 255 ailənin ağır yükdən azad olması, 255 ailə başçısının övladlarına gözəl gələcək vəd edə bilməsi deməkdir.
Bunu hansısa iş adamı, yaxud hansısa məqsəd güdən siyasətçi yox, dövlət etdi. O dövlət ki, sənindir, mənimdir, bizim övladlarımızındır. Və dövlətin öz vətəndaşlarını evlə təmin etməsindən təbii nə ola bilər ki?!
Və dövlət bunu ona görə edir ki, vətəndaşının başı üzərində damı olsun, jurnalisti bir parça çörək üçün kimlərinsə oyuncağına çevrilməsin.
Amma Allahın belə ədalətinə şübhə edənlər, “Sən ədalətsizsən” deyə göyə üz tutanlar dövlətin də ədalətinə şübhə edir. Niyə? “Siyahıda olanları tanımırıq”.
Axı o siyahıda yüzlərlə jurnalist var ki, onların təkcə qələmi yox, həm də illərdir çəkdikləri əziyyət qarşısında sükutla baş əyməliyik. Sözüm bəzi həmkarlaradır: Təbrik etmək mədəniyyətiniz olsun! Təbrik edə bilmirsinizsə, susmaq mədəniyyətiniz olsun!
Kiminsə ev almasını həzm edə bilmirsinizsə, dövlətin öz jurnalisti üçün etdiklərinə, bu gözəl işə kölgə salmayın, bu nəcib layihəni şəxsi intriqalarınızın əsirinə çevirməyin. Məncə, buna heç kimin haqqı yoxdur. Və bir də azacıq dövlət tərbiyəniz olsun!
“Allahın da öz ədaləti var, dövlətin də”.
Nə Allahı küsdürün, nə də dövləti. Küsdürməyin ki, bu işin davamı olsun və sizlər də layiq olduğunuza nail olasınız!
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub