Bunlar 24 ildir işğalda olan Ağdam rayon mərkəzindəki Cümə məscidinin açarlarıdır. Barat Bağırov 24 ildən çoxdur ki, həmin məscidin açarlarını göz bəbəyi kimi qoruyur.
Mynews.az bildirir ki, 40 ildir rayonun Cümə məscidinin axundu işləmiş Barat Bağırovun sözlərinə görə, Ağdam şəhərindəki Cümə məscidi Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1870-ci illərdə tikilib. Döyüşlər gedən vaxt şəhid olanlar oraya gətirilirmiş.
Ağdamın işğalı zamanı ona da xəbər veriblər ki, təcili oranı tərk etmək lazımdır.
O, məscidin qapısını bağlayaraq öz doğma yurd-yuvasını tərk edib. Bağlı qıfılın açarlarını da özü ilə götürən axund bu gün də həmin açarları ən etibarlı yerdə saxlayır. Deyir ki, bu açarlar onun ücün cox doğmadır. Cünki 1978-ci ildən rayonun işğalına qədər hər gün ibadət etdiyi Cümə məscidinin qapısını bu açarla açıb-bağlayıb.
Ağdamın Cümə məscidi Qarabağ müharibəsində ən cox şəhid qəbul edən ibadət ocaqlarından biri olub. Rayonun işğalından sonra bu məscidi Xındırıstan kəndində fəaliyyətini davam etdirir. /xezerxeber.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub