Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı iştirakçı Ermənistan bayrağına etiraz jesti nümayiş etdirib.
Mynews.az-ın məlumatına görə, yarışma qalibləri mükafatlandırılan zaman azərbaycanlı iştirakçı Turan Məmmədlinin ardınca səhnəyə erməni məktəbli dəvət olunub.
Bütün yarışmaçılar kimi, azərbaycanlı qalib də bayrağımızı nümayiş etdirib. Onun ardınca mükafatlandırılan erməni yarışmaçı T.Məmmədlinin yanında dayanaraq bayrağını nümayiş etdirdikdə, həmyerliimiz yerini dəyişib.
Qeyd edək ki, Azərbaycanı 49-cu Beynəlxalq Kimya Olimpiadasında Ramil Babazadə, Nəriman Mirişov, Turan Məmmədli uğurla təmsil ediblər və ölkəmiz 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub