"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..."

1631
"O, məni 9 yaşımda zorladı, sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı..."

Mynews.az planetin ən varlı teleaparıcısı Opra Uinfrinin yalnız bir neçə Amerika saytında dərc olunmuş etiraflarını təqdim edir.

"Mən Opra Uinfriyəm..."

Uşaqlıq illərimin əsas xatirələri məni tez-tez döyən nənəmlə və səfil həyatımızla bağlıdır. Hələ 9 yaşımda məni dayımoğlu zorlayıb, bir dondurma ilə günahını yumağa çalışdı. Bundan sonra növbə dayılarıma və anamın görüşdüyü kişilərə çatdı. Hər gün atam yaşında kişilərin cinsi istismarına məruz qalırdım. 14 yaşım olanda, hamilə olduğumu öyrəndim. Dünyaya gələn övladım tələf oldu. O gündən etibarən, həyat məni ana olmaq həzzindən məhrum etdi. Çox keçmədi ki, qardaşım QİÇS xəstəliyindən dünyasını dəyişdi. Ardından anam məni və kiçik bacımı tərk etdi. O andan etibarən mən həyatla mübarizəyə qalxdım.

Natiqlik müsabiqəsində qalib olduqdan sonra universitetə daxil olmaq hüququ qazandım. Televiziya məkanının ən uğursuz layihəsində aparıcı olaraq, işləməyə başladım. Günün demək olar ki, bütün saatlarını əzm və iradə ilə çalışaraq, bu şounu ölkənin ən reytinqli verilişinə çevirdim. Bu gün mən ən uğurlu mediamaqnatlardan biriyəm. CNN kanalı məni planetin ən varlı qadını kimi təqdim edir. "Time" jurnalının araşdırmasına görə isə XX əsrin ən varlı insanlarından biri, məhz mənəm.

Yəqin ki, çoxu mənim aldığım zərbələrə tab gətirməyib, əzilərdi. Lakin mən əzilmədim, yıxılmadım, mübarizə aparıb, qalib gəldim. Fərqi yoxdur, sən kimsən, haradan gəlmisən. Əgər savaşa hazırsansa, mütləq qalib gələcəksən.

Uğurumun sirri bilirsinizmi nədir?

Mən gələcəyə baxanda xoşbəxtlik şəfəqləri gözlərimi qamaşdırır. Gücüm yetdiyi qədər, ətrafımdakılara maddi və mənəvi yardım edirəm, çünki, bu yaxşılıqları Allah "gül çələngi" şəkilində mənə geri qaytarır. Nail olduqlarıma şükür etməyi bacarıram. Bu xüsusiyyətim sərvətimi artırmağa təkan verir. Unutmayın - Biz olduğumuz kimi qalaraq, olmaq istədiyimiz insana çevrilə bilmərik!

Mən bilirəm ki, uğur zirvəsinə qalxan yolda, ən yaxın dostum təmkindir. Məhz bu xüsusiyyətim üzləşdiyim uğursuzluqlara göz yummağa imkan verir. Hər yeni uğursuzluq məni daha dözümlü edir. Yadda saxlayın, müvəffəqiyyətsizliyə tab gətirməyən insanlar, alçaq zirvələri hədəf seçənlərdir. Mənim həyat devizim: "Bəşəriyyətin əsas məqsədi, bizi istədimiz yerə gətirib, çatdırmaqdır".

Əzizlərim, Allahın sizin üçün nəzərdə tutduğu gözəlliklər, siz təsəvvür etdiyinizdən qat-qat artıqdır. (publika.az)

Xəbər lenti