Cinayətkarlar “IoT” botnetlərindən (“Əşyalar interneti” sahəsi üzrə qurğuların daxil olduğu xüsusi proqramlar) interneti məhv edən miqyaslı, ağır nəticələrə səbəb olan hücumlar üçün platforma kimi istifadə edə bilərlər.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, “Cisco” şirkətinin ekspertləri 2017-ci ilin birinci rübü üçün informasiya təhlükəsizliyi üzrə hesabatda yeni tip təhlükənin - təşkilatlara sistemlərin və hücumdan sonrakı məlumatların bərpası üçün lazım olan ehtiyat surətləri və təhlükəsizlik sistemlərini (safety net) məhv edə bilən “xidmətin dayandırılması” (destruction of service, DeOS) tipli hücumların yayılmasını qeyd edirlər.
Tədqiqatçılar qeyd edir ki, “Əşyalar interneti”nin (Internet of Things, IoT) yaranması ilə əsas sahələrdə əməliyyatların çoxu real vaxt rejiminə keçirilir ki, bu da hücumların üfüqünü genişləndirir, onların miqyasını artırır və nəticələrini çətinləşdirir.
“Hücum edənlər şirkətlərin, həm iri, həm də kiçik müəssisələrin fəaliyyətini pozmaq məqsədilə yaxşı düşünülmüş hücumlar hazırlayırlar. Onlara biznesin informasiya texnologiyalarının sıfırdan bərpası üzrə ehtiyat plana malik olmaması məlumdur və onlar bu boşluqdan öz maraqları naminə istifadə edirlər”, - hesabatda deyilir.
“DeOS” hücumlarının mənşəyi barədə ətraflı məlumat verilmir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub