Təhsil Nazirliyi bu il ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə Abşeron rayonundan vakansiyaların təqdim edilməməsinə münasibət bildirib.
Mynews.az xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqəyə Abşeron rayonu istisna olmaqla, ölkənin bütün bölgələrindən vakansiyalar təqdim edilib.
Qeyd olunub ki, Abşeron rayonu üzrə vakant yerlərin müsabiqəyə çıxarılmamasının əsas səbəbi 2013-2017-ci illərdə bu bölgədən xeyli sayda müəllimin müsabiqədənkənar işə qəbul olunması faktlarıdır: “Təhsil Nazirliyi müvafiq prosedurlara uyğun müəllim olmaq istəyən şəxslərin hüquqlarını pozan bu halı araşdırmaq üçün aidiyyəti qurumların təmsil olunduğu İşçi Qrupun yaradılmasını təklif edib.
İşçi Qrup vakansiyaların təqdim olunmasında ortaya çıxan pozuntuları, eləcə də, müəllimlərin işə qəbulunun obyektiv araşdırılması istiqamətində iş aparacaq. Kütləvi pozuntu halları tam araşdırıldıqdan sonra İşçi Qrupun verdiyi təkliflər əsasında Abşeron rayonu üzrə müəllimlərin işə qəbulu prosesi həyata keçiriləcək”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub