Zəyəm qəsəbəsi sakinlərindən biri virtualaz.org saytına bildirib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. "Hazırda bütün qəsəbə şokdadır, qadının həyat yoldaşı, 28 yaşlı Nəsrəddin Mahmudov da şokdan ayrıla bilmir. Ailənin maddi imkanı yaxşı olub. Hətta qəsəbədə imkanı olan beş ailədən biri idi", - sakinlər deyiblər.
Qadın evdən ayrılarkən atasıgilə gedəcəyini deyib. "Pərvanənin valideynləri də bu qəsəbədə yaşayırlar. Dünən ailəsi morqda idi, onlar da nə baş verdiyini anlaya bilmirdilər. Qadının psixoloji durumu normal olub, adi söz-söhbətdən intihar etməsinə heç kim inana bilmir".
Mərhumun həyat yoldaşı şəxsi maşını - "KamAZ"la yük daşıyıb. "Qəsəbədə onu zəhmətkeş, sakit təbiətli biri kimi tanıyırlar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşalrı qəsəbədədir, izahatlar alınır".
Qeyd edək ki, Pərvanə İlqar qızı Mahmudova uşaqları - 3 yaşlı Sənan və 1 yaşlı Səma ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Mərhumun ailəsi ilə birgə ərinin bibisi Dursun Mahmudovaya məxsus evdə yaşadığı bildirilib. "Hadisədən əvvəl onun Dursun Mahmudova ilə mübahisə etdiyi deyilir. Hazırda şahidlər ifadə verir, buna görə də, əlavə məlumat verməkdən çəkinirik", - sakin deyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub