Dünən Siyəzəndə, mərhumun yaşadığı Qalaaltı kəndində şairin 3 mərasimi təşkil olunub.
Şairin ölümü və ailəsi ilə bağlı bəzi məqamlar sosial mediada ciddi müzakirələrə səbəb olub. Məsələyə aydınlıq gətirmək üçün onun 8 illik sürücüsü ilə əlaqə saxladıq.
Bu barədə BiG.AZ-a danışan mərhum şairin sürücüsü Anar məlumat verib. O qeyd edib ki, baxmayaraq ki, Eyvaz oğlu ilə ayrı yaşayırdı amma ona hər zaman əl tuturdu: "Onlar ayrı yaşayırdılar. Oğlu Aqşin Eyvazla bir yaşamırdı. Amma ayrı yaşasalar da rəhmətlik Eyvaz həmişə oğluna maddi köməklik eliyirdi. Nə qədər imkanı çatırdı oğluna yardım edirdi".
Həmçinin mərhumun sürücüsü onun oğlu ilə münasibətlərinin pozulmasından da danışıb: "Eyvaz oğlundan incimişdi. Çünki o istəyirdi ki, oğlunun toyunu eləsin, toyunu görsün. Nə qədər danışdısa da o evlənmədi. Ona görə də qəlbi qırılmışdı oğlundan. Oğlu anası ilə birlikdə qalırdı. İnciklik osla da aralarında həmişə onu fikirləşirdi".
Mərhum şairin dəfn və yas mərasimində yerli icra strukturlarının iştirak etməməsi də ciddi müzakirələrə səbəb olub. Bununla bağlı danışan Anar məlumatların qismən doğru olduğunu bildirib: "Dəfn günü hər şey qəfldən oldu deyə bir çox adamlar iştirak edə bilmədilər. Amma sonradan rayonun polis rəisi yas mərasimində iştirak etdi. Lakin icra orqanlarından iştirak edəm olmadı. Sonra mərhumun dostları da qatıldılar yas məclisinə".
Bu məsələlərlə yanaşı mərhumun ölüm anı da qaranlıq qalan məqamlardandır. Bəzi saytlarda onun evində ölmədiyi yazılsa da, bəzi mətbu orqanlarda onun evində öldüyü qeyd edilir. Məsələyə aydınlıq gətirən sürücü Anar mərhumun öz evində deyil, onun evində səhhətinin pisləşdiyini bildirdi: "Məclisdən gəlmişdik. Evimdə qonaq idi. Qəfildən səhhəti pisləşdi. Təcili yardım çağırdıq. Mən dərhal Eyvazın qardaşına xəbər verdim. Həkimlər isə onu xəstəxanaya apardılar. O elə xəstəxanada dünyasını dəyişdi. Bağırsaqlarında ağrılardan və nasazlıqdan əziyyət çəkirdi. Allah rəhmət eləsin".