İyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ana və övladları hadisə yerində ölüblər.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.
---------
12:05
Ötən gecə Şəmkir rayonunun Zəyəm qəsəbəsində 25 yaşlı qadının iki körpəsi ilə özünü qatarın altına ataraq intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az lent.az-a istinadən bildirir ki, 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızının ailə qurduğu 1989-cu il təvəllüdlü Mahmudov Nəsrəddin Fəzail oğlu bibisi Dursuna uzun illər əvvəl övladlığa verilib. Belə ki, övladı olmadığı üçün qardaşı Fəzail uşaqlarından birini bacısı Dursunun himayəsinə verib və qadın öz evində Nəsrəddini böyüdüb. Daha sonra Nəsrəddin özünün sevib-bəyəndiyi Pərvanə ilə ailə həyatı qurub. O, bildirib ki, həyat yoldaşını həmişə müdafiə edib, ailə söhbətləri zamanı xanımının tərəfini tutub. Lakin heç vaxt ana ola bilməyən Durtsun Mahmudova övladlığa götürdüyü Nəsrəddinin xanımını heç cürə qəbul etmirmiş və vaxtaşırı onunla mübahisə edirmiş. Pərvanənin ailə qurandan sonra ardıcıl iki övlad dünyaya gətirməsi də bu söz-söhbətləri azaltmayıb. Əksinə gəlinlə, qayınanası arasında sərinlik daha da artıb.
Dünən Nəsrəddin işdə olarkən onlar arasında növbəti dəfə münaqişə yaranıb və Pərvanə körpələrini götürərək çıxıb. O, oğlu 3 yaşlı Sənan və qızı 9 aylıq Səma ilə dəmiryolu xəttinə gələrək özünü qatarın altına atıb.
Nəsrəddin Mahmudov deyib ki, həyat yoldaşının bu cür addım atmasını heç cür başa düşə bilmir. O da məlum olub ki, ailənin maddi cəhətdən sıxıntısı olmayıb.
Araşdırmalar davam etdirilir.
---------
10:53
Mynews.az xəbər verir ki, Zəyəm qəsəbəsi sakinlərindən biri virtualaz.org saytına bildirib ki, hadisə ailə münaqişəsi nəticəsində baş verib. "Hazırda bütün qəsəbə şokdadır, qadının həyat yoldaşı, 28 yaşlı Nəsrəddin Mahmudov da şokdan ayıla bilmir. Ailənin maddi imkanı yaxşı olub. Hətta qəsəbədə imkanı olan beş ailədən biri idi", - sakinlər deyiblər.
Qadın evdən ayrılarkən atasıgilə gedəcəyini deyib. "Pərvanənin valideynləri də bu qəsəbədə yaşayırlar. Dünən ailəsi morqda idi, onlar da nə baş verdiyini anlaya bilmirdilər. Qadının psixoloji durumu normal olub, adi söz-söhbətdən intihar etməsinə heç kim inana bilmir".
Mərhumun həyat yoldaşı şəxsi maşını - "KamAZ"la yük daşıyıb. "Qəsəbədə onu zəhmətkeş, sakit təbiətli biri kimi tanıyırlar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşalrı qəsəbədədir, izahatlar alınır".
Qeyd edək ki, Pərvanə İlqar qızı Mahmudova uşaqları - 3 yaşlı Sənan və 1 yaşlı Səma ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Mərhumun ailəsi ilə birgə ərinin bibisi Dursun Mahmudovaya məxsus evdə yaşadığı bildirilib. "Hadisədən əvvəl onun Dursun Mahmudova ilə mübahisə etdiyi deyilir. Hazırda şahidlər ifadə verir, buna görə də, əlavə məlumat verməkdən çəkinirik", - sakin deyib.
-----------
10:24
Şəmkirdə baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Pərvanə İlqar qızı Mahmudova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Nəsrəddin Fəzail oğlu Mahmudov və iki azyaşlı uşaqları - 2014-cü il təvəllüdlü Sənan Mahmudov, 2016-cı il təvəllüdlü Səma Mahmudova ilə birlikdə ərinin bibisi Dursun Mahmudovaya məxsus Şəmkir rayonu Zəyəm qəsəbəsi Xətai küçəsi ev 5 ünvanında yaşayıblar.
İyulun 25-də saat 20 radələrində Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik- Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə P. Mahmudova və uşaqları müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüblər.
Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.
----------
09:24
Qazaxdan Bakıya gələn qatar 3 nəfəri vurub.
Minews.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həmin qatarda olan sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Ana və iki azyaşlı uşaq qəfildən hərəkət edən qatarın qarşısına çıxıb. Qatar gənc qadının başını bədənindən ayırıb. Başı relslərin arasında qalan qadının uşaqları da orada qalaraq can verib. Onun intihar məqsədilə özünü qatarın altına atdığı ehtimal olunur.
Belə ki, qatarın maşinisti ilkin ifadəsində qadının relslərin üzərində oturduğunu bildirib. Qatar sürətlə hərəkət etdiyindən maşinist qatarı saxlaya bilməyib.
Hadisədən sonra Qazax-Bakı qatarı 1 saatdan çox Tovuzun Zəyəm kəndində dayanıb. Hadisə yerinə Tovuz rayon prokuroru və çoxlu sayda polis əməkdaşı gəlib. Hadisə yerində araşdırma aparıldıqdan sonra qatarın hərəkəti bərpa olunub.
-----------
08:27
Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib.M
Mynews.az APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 25-i saat 21 radələrində rayonun Zəyəm qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.