Xəbər verdiyimiz kimi, Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.
Mynews.az APA TV-yə istinadən məlumatına görə, mərhumun anası hadisədən öncə qızı ilə mesajlaşdığını bildirib:
“Qızım yazdı ki, ana, hardasan? Dedim, evdə yoxam, gəlirəm. Dedi, gələndə əlaqə saxlayarsan. Evə gələndən sonra mən zəng elədim, başqası açdı. Dedim, qızıma yığırdım, kimdir? Dedi, qızının adı nədir? Pərvanə. Dedi, gəl, qızın özünü qatarın altına atıb…”
Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.
Xatırladaq ki, iyulun 25-də saat 20:00 radələrində həyat yoldaşının bibisi Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub